U-20 dünya çempionatında finalçılar bəlli olub
20 yaşadək futbolçular arasında Çilidə keçirilən dünya çempionatında finalçılar məlum olub.
Apasport.az xəbər verir ki, həlledici görüşdə Argentina və Mərakeş üz-üzə gələcək. Final görüşü oktyabrın 20-də olacaq.
Argentina yarımfinalda Kolumbiyanı 1:0 hesabıyla məğlub edib. Mərakeş isə əsas vaxtı 1:1 hesabıyla bitən görüşdə Fransanı penaltilər seriyasında üstələyib.

https://qelebe.az//uploads/photo/u-20-dunya-chempionatinda-finalchilar-belli-olub.webp