İdman hüquqşünası: "Danışılmış oyunlar UEFA üçün çox həssas məsələdir"

İdman hüquqşünası: "Danışılmış oyunlar UEFA üçün çox həssas məsələdir"

"Danışılmış oyunlar UEFA üçün çox ciddi və həssas məsələdir".

Bunu "Report"a açıqlamasında idman hüquqşünası Fərid Haqverdiyev I Divizionda çıxış edən MOİK klubunun futbolçuları Emin Mehtiyevlə Fərmayıl Əliyevin danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya olunmaları barədə danışarkən deyib.

O bildirib ki, Avropa futbol qurumunun mövqeyinə görə, şəxsə hansısa oyunun nəticəsinin dəyişdirilməsi barədə təklif eşitdirilsə, onun qohumlarına və ya özünə deyilsə, bu əməldə iştirak etməsə belə, hökmən rəsmi şəxslərə, qaynar xəttə məlumat verməlidir: "Məsələn, mənə deyilir ki, filan matçda qəsdən zəif oyna, yaxud öz qapına qol vur. Bu təklifi qəbul etməsəm belə, hökmən məlumat verməliyəm. Əks halda təklifi qəbul etmiş sayılıram. Digər məsələ isə bundan ibarətdir ki, hətta faktları dəqiq bilməsən belə, bu, UEFA-ya həmin şəxsi danışılmış oyunda ittiham etməyə və cəzalandırmağa əsas verir".

Futbolçuların 80.2 maddəsi ilə futboldan ömürlük kənarlaşdırılmalarını xatırladan Haqverdiyev həmin maddənin İntizam Məcəlləsindən olduğunu söyləyib: "Həmin futbolçular məhz hansısa oyunun nəticəsini manipulyasiya etməkdə ittiham olunurlar. Bu halda cəza 2 ilədək və ya ömürlük futboldan kənarlaşdırma olur. Yəni, burada mərcdən söhbət getmir. Lakin idman yarışlarının nəticələrinin manipulyasiyası ilə bağlı cinayət məcəlləsində də ayrıca norma var. Orada da demək olar ki, oxşar anlayışdır".

Hüquqşünasın sözlərinə görə, futbolçular 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət verə bilərlər: "Qərar qüvvədə qalsa, onların müraciət edə biləcəyi sonuncu instansiya İdman Arbitraj Məhkəməsidir".

Futbol
Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Futbol
Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Azərbaycan yığmasına 18 oyunçu çağırılıb

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Ən bahalı qış transferlərinin siyahısı açıqlanıb

Ən bahalı qış transferlərinin siyahısı açıqlanıb

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

Futbol
Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Futbol
"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb