Fransa klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
"Monako" baş məşqçi Adi Hütterlə bağlı qərar verib.
QELEBE.AZ xəbər verir ki, Liqa 1 təmsilçisi avstriyalı mütəxəssislə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
55 yaşlı baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Adi Hütter 2023-cü ilin aprel ayında "Monako"nun baş məşqçisi təyin olunmuşdu.

https://qelebe.az//uploads/photo/fransa-klubu-bash-meshqchisi-ile-yollarini-ayirib-resmi.webp