"Ayın qolu" layihəsinin qalibləri bəlli olub
"Ayın qolu" layihəsində sentyabr ayının qalibləri bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Sentyabr ayında Misli Premyer Liqasında Andrey Tirkoveanu ("Şamaxı"), I Liqada Ruslan Voronsov ("Şahdağ Qusar") və II Liqada Tural Məmmədzadə ("Qaradağ Lökbatan") birinci olub.
Qeyd edək ki, qaliblər münsiflər heyətinin səsverməsi əsasında müəyyənləşib.

https://qelebe.az//uploads/photo/quotayin-qoluquot-layihesinin-qalibleri-belli-olub.webp