ÇL: “Sabah” Çexiya klubuna məğlub olub
“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk oyunda uduzub.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada “Nimburk”a məğlub olub.
B qrupu çərçivəsində gerçəkləşən oyun ev sahiblərinin 93:65 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah” ikinci oyununu oktyabrın 15-də Bakıda “Alba”ya (Almaniya) qarşı keçirəcək.

https://qelebe.az//uploads/photo/chl-sabah-chexiya-klubuna-meglub-olub.webp