“Sabah”ın braziliyalı futbolçusu: “Azərbaycan çempionatında oynamaq asan deyil” – MÜSAHİBƏ

“Sabah”ın braziliyalı futbolçusu: “Azərbaycan çempionatında oynamaq asan deyil” – MÜSAHİBƏ

“Sabah”ın braziliyalı futbolçusu Kristian Da Silva peşəkar karyerasına 2009-cu ildə ölkəsində “Tuna Luso” klubunda başlayıb.

Braziliyada müxtəlif komandaların formasını geyinən yarımmüdafiəçi 2014-cü ildə Avropaya köçüb.

34 yaşlı orta sahə oyunçusu bu müddət ərzində Kiprdə APOEL, Rumıniyada ÇFR, Portuqaliyada “Nasional”, “Pakuş Fereyra”, “Feyrense”, “Kasa Pia” və “Koimbra” klublarında oynayıb.

2022-ci ilin yanvarından “Sabah”ın şərəfini qoruyan Kristian Da Silva “QELEBE.AZ”a müsahibəsində həm cari mövsümün ilk yarısını dəyərləndirib, həm də qarşıdakı hədəflərindən bəhs edib.

- Mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?
- Hazırlıqlar yaxşı gedir. Türkiyədə hazırlıq üçün hər cür şərait var. Fikrimcə, təlim-məşq toplanışının sonuna kimi mövsümün ikinci yarısına tam hazır olacağıq.

- İlk yarıdakı yorğunluğu üzərinizdən tam ata bilmisiniz?
- Əlbəttə, Antalya toplanışına gələndə mövsümün ilk yarısında olan yorğunluğu üzərimizdən atmaq, istirahət etmək üçün kifayət qədər vaxtımız oldu. Hər birimiz mövsümün ikinci yarısına hazır olmaq üçün öz üzərimizdə səylə çalışırıq.

- Mövsümün geridə qalan hissəsini çoxlarının gözləmədiyi şəkildə uğurlu keçirdiniz. Bu performansı ikinci yarıda davam etdirmək çətin olmayacaq?
- İnsanların bizim çıxışımız barədə bu cür düşünməsi çox xoşdur. Doğrudan da, mövsümün ilk yarısında yaxşı nəticə qazandıq. Lakin bununla kifayətlənmək olmaz. Qarşıda bizi uzun marafon gözləyir. Əlimizdən gələni edəcəyik ki, eyni tempdə davam edək.

- Çempionatın lideri “Qarabağ”dan 7 xal geri qalırsınız. Onlarla çempionluq mübarizəsində şansınızı necə görürsünüz?
- Biz turnir cədvəlinə baxmırıq. Yalnız hər növbəti matçımıza köklənirik.

- Şəxsi planda qeyri-sabit göründünüz, əsas heyətin daimi üzvü deyildiniz. Bu, sizi narahat etmir?
- Bildiyiniz kimi, mövsüm başlamamış zədə almışdım. Bu səbəbdən əməliyyat olundum. Düzü, bu cür zədəni heç gözləmirdim. Əməliyyatdan sonra bərpa olunmaq üçün müəyyən vaxta ehtiyac var idi. Məhz bu üzdən mövsümün ilk yarısının böyük hissəsində komandama kömək edə bilmədim. Ancaq indi özümü yaxşı hiss edirəm. İnanıram ki, ikinci yarıda komandamın uğurlarına öz oyunumla töhfə verəcəyəm.

- Braziliya, Kipr, Rumıniya, Portuqaliya kimi ölkələrdə çıxış etmisiniz. Azərbaycan Premyer Liqasının onlardan nə kimi oxşar və fərqli cəhətləri var?
- Bunu demək çətindir. Hər liqanın özünəməxsus, spesifik xüsusiyyətləri var. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan çempionatında oynamaq heç də asan deyil. Burada da yaxşı komandalar var.

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
"Qarabağ" – "Olimpiakos" oyununu ingiltərəli hakimlər idarə edəcək

"Qarabağ" – "Olimpiakos" oyununu ingiltərəli hakimlər idarə edəcək

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Futbol
Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Futbol
“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

Futbol
Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Futbol
“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir

“Neftçi” serbiyalı müdafiəçini transfer etmək istəyir