Braziliyalı yarımmüdafiəçi "Səbail"də - RƏSMİ

Braziliyalı yarımmüdafiəçi "Səbail"də - RƏSMİ

"Səbail" klubu heyətini legioner futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

"Dənizçilər" braziliyalı Paulo Rikardo ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi son olaraq Mərakeşin "Raja Beni Mellal" komandasında çıxış edib.