“Şəki”də yeni təyinat
"Şəki" basketbol klubunun əsas komandasının məşqçilər korpusuna yeni təyinat olub.
QELEBE.AZ xəbər verir ki, bunu Şimal təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Ötən mövsüm U-12 komandasının baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.
23 yaşlı mütəxəssis baş məşqçi Bedri Meriçə köməklik edəcək. O, həm də "Şəki"nin U-12 komandasında işini davam etdirəcək.
Qeyd edək ki, ötən il "Şəki"də köməkçi məşqçi Vüqar Musayev idi.

https://qelebe.az//uploads/photo/shekide-yeni-teyinat.webp