“Qarabağ”dan növbəti tarix: ÇL-də ilk qələbə
“Qarabağ” Azərbaycan futbolunda daha bir tarix yazıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi buna “Benfika”nı məğlub edərək nail olub - 3:2.
“Köhlən atlar”ın bu qələbəsi Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk qalibiyyəti olub.
Bunadək yalnız “Qarabağ” Avropanın ən nüfuzlu klub turnirində iştirak etmişdi. Komandanın aktivində 2 heç-heçə, 4 məğlubiyyət var idi.

https://qelebe.az//uploads/photo/qarabagdan-novbeti-tarix-chl-de-ilk-qelebe.webp