“Sabah”dan növbəti qalibiyyət
“Sabah” BK yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib.
QELEBE.AZ xəbər verir ki, komanda yerli "Qarqjday" klubunu 96:92 hesabı ilə məğlub edib.
Bakılılar bundan əvvəl də "Nevezis" (102:82) və "Yuventus" (90:83) üzərində qələbə qazanıb. Komandanın məğlubiyyətləri də olub: Klub “Neptunas”a (88:98), həmçinin “Jalgiris”ə 58:75 hesabı ilə uduzub.
Ümumilikdə, “Sabah” Litva toplanışında yeni mövsümə hazırlığın mühüm tərkib hissəsinə çevriləcək altı yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

https://qelebe.az//uploads/photo/sabahdan-novbeti-qalibiyyet.webp