Bakıda 2026-cı ildə U-17 Dünya güləş çempionatı keçiriləcək
Dünya Güləş Birliyi (UWW) 2026-cı ildə dünya və qitə güləş çempionatının keçiriləcəyi şəhərləri açıqlayıb.
Apasport.az xəbər verir ki, əsas qərarlardan biri 17 yaşadək güləşçilər arasında dünya çempionatının Bakıda keçirilməsi olub.
Yarışlar 2026-cı il iyulun 27-dən avqustun 2-dək keçiriləcək. Bu, Azərbaycanın paytaxtında güləş üzrə keçiriləcək növbəti böyük turnir olacaq: Daha əvvəl paytaxtımızda yunan-Roma güləşi üzrə Dünya Kuboku (2022) və Avropa Olimpiya Təsnifat Turniri (2024) keçirilib.

https://qelebe.az//uploads/photo/bakida-2026-ci-ilde-u-17-dunya-gulesh-chempionati-kechirilecek.webp