Azərbaycan gimnastı Slovakiya millisinin üzvlərinə təlim keçib
Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvü və məşqçisi Ağasif Rəhimov Slovakiya Gimnastika Federasiyasının təşəbbüsü ilə Slovakiyaya dəvət olunub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
O, Slovakiya milli komandasının gimnastları üçün təlimlər keçib.
Qeyd edək ki, təlimlər 6 günü əhatə edib.

https://qelebe.az//uploads/photo/azerbaycan-gimnasti-slovakiya-millisinin-uzvlerine-telim-kechib.webp