Pedro ən yaxşı adına layiq görüldü
“Çelsi”də ötən ayın ən yaxşısı bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada Joao Pedro layiq görülüb.
23 yaşlı hücumçu azarkeşlərin səsverməsində 77% səs toplayaraq birinci olub.
İkinci yeri Moyzes Kaysedo tutub - 11%. Avqust ayında braziliyalı oyunçu Premyer Liqada 3 matç keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Joao Pedro bu yay 60 milyon funt sterlinq qarşılığında “Brayton”dan “Çelsi”yə transfer olunub.

https://qelebe.az//uploads/photo/pedro-en-yaxshi-adina-layiq-goruldu.webp