"Zirə" yüksək dəstədə 200-cü ev qolunu vurub
“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü ev qolunu vurub.
QELEBE.AZ xəbər verir ki, bu topa Yeqor Boqomolski imza atıb.
Belaruslu hücumçu Misli Premyer Liqasının III turunun “Kəpəz”lə görüşündə (5:0) fərqlənib. Bakı klubu turnirdəki 154-cü ev sınağında vurulan qol sayını 201-ə də çatdırıb.
Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olan Viktor İqbekoyi vurub.

https://qelebe.az//uploads/photo/quotzirequot-yuksek-destede-200-cu-ev-qolunu-vurub.webp