Matiç A Seriyasında – rəsmi

Matiç A Seriyasında – rəsmi

Nemanya Matiç karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, serbiyalı yarımmüdafiəçi “Sassuolo”nun şərəfini qoruyacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Nemanya Matiç karyerası boyunca “Çelsi”, “Mançester Yunayted”, “Roma” və “Lion” kimi klublarda -çıxış edib.