Millimiz İsveçə məğlub olub

Millimiz İsveçə məğlub olub

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, yığma İsveç seçməsi ilə qarşılaşıb.

Oyun rəqibin 87:54 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.