“Napoli”də ciddi itki - 3 ay oynamayacaq
Ötən mövsüm İtaliya A Seriyasının qalibi olan “Napoli” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın forvardı Romelu Lukaku zədələnib.
32 yaşlı hücumçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Lukaku “Olimpiakos”la keçirilən yoxlama oyununda ayaq əzələsindən zədələnib.

https://qelebe.az//uploads/photo/napolide-ciddi-itki-3-ay-oynamayacaq.webp