Qurban Qurbanov: "Sabah "Ferentsvaroş"a qarşı səhvsiz oynamağa çalışacağıq"

Qurban Qurbanov: "Sabah "Ferentsvaroş"a qarşı səhvsiz oynamağa çalışacağıq"

"Qarabağ" "Ferentsvaroş" qarşı səhvsiz oynamağa çalışacaq.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

"Yenidən Budapeştdə olmaq xoşdur. Bu stadionda, çılğın azarkeş kütləsi önündə yaxşı komandaya qarşı çıxış etmək həqiqətən xoşdur. Bizi istəkli komandaya qarşı oyun gözləyir. Rəqib kimi biz də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Sabah səhvsiz oynamağa çalışacağıq. Yaxşı nəticəyə ümid edirik".

O, 2023-cü ildə Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşdıqlarını xatırladıb:

"Həmin vaxtdan rəqibin heyətində bir çox dəyişikliklər olub. Həmçinin məşqçilər korpusu da dəyişib. Eləcə də "Qarabağ"ın da bəzi futbolçuları komandadan ayrılıb. Sabahkı qarşılaşma hər iki kollektiv üçün maraqlı olacaq. Düşünürəm ki, Bakıdakı oyunda artıq hər iki tərəf bir-birini daha yaxşı tanımış olacaq. Rəqibə qarşı ilk matçda sona qədər mübarizə aparmalıyıq".

Q.Qurbanov rəqibin sürətli futbola üstünlük verdiyini düşünür:

"Bu komanda hücumlara həddindən artıq sürətli çıxır. Rəqib artıq tam fərqli sistemdə çıxış edir. Fiziki cəhətdən çox yaxşıdırlar və dinamik oyuna üstünlük verirlər. "Qarabağ" daha çox çalışıb topa sahib olmağa çalışır. "Ferentsvaroş" isə çalışır ki, rəqibə mane olsun və öz oyununu sərgiləyə bilməsin. İstənilən halda belə rəqiblərə qarşı oynamışıq. Lakin etiraf etməliyik ki, "Ferentsvaroş"un heyətində yer alan futbolçular daha bacarıqldırlar".

Baş məşqçi bu cür matçlarda qol buraxmamağın vacibliyini vurğulayıb:

"Belə qarşılaşmalarda əsasən qapının toxunulmazlığını qorumalısan. Lakin nəticənin daha yaxşı olması üçün yaradıcı futbol sərgiləmək lazımdır. İlk məqsədlərimizdən biri rəqibin qapısına qol vurmaq olacaq. Ümumiyyətlə istəyirik ki, "Qarabağ" hər matçda qol vursun. Çünki azarkeşlər qol olan matçları daha çox sevirlər".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Futbol
Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
Tomas Bax koronavirusa yoluxub

Tomas Bax koronavirusa yoluxub

Futbol
"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

"Neftçi" gecikməyə, "Sumqayıt" suya, "Səbail" himnə görə cərimələnib

Futbol
"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Futbol
“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

Futbol
Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Futbol
İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

Futbol
PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb