Millimizin Dünya Seriyasındakı rəqibləri bəlli olub

Millimizin Dünya Seriyasındakı rəqibləri bəlli olub

Bakıda keçiriləcək Dünya Qadın Seriyasının Səbail mərhələsində qadınlardan ibarət 3x3 millimiz B qrupunda Çexiya və Filippin yığmaları ilə yarışacaq.

Apasport.az xəbər verir ki, yığmamızın qrupda ilk oyunu 23 avqust saat 18:30-da Çexiyaya, ikinci oyunu isə saat 20:10-da Filippinə qarşı olacaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.