Azərbaycan Premyer Liqası klublarının baş məşqçiləri 2025/2026 mövsümü üçün hədəfləri açıqlayıblar - SORĞU

Azərbaycan Premyer Liqası klublarının baş məşqçiləri 2025/2026 mövsümü üçün hədəfləri açıqlayıblar - SORĞU

Misli Premyer Liqasında 2025/2026 mövsümü bu gün start götürəcək. Bu dəfə elitada 12 komanda mübarizə aparacaq. Yeni "futbol ili"nə ciddi hazırlaşan klublar yay "transfer pəncərəsi" dönəmində kifayət qədər fəal olublar. Bəs görəsən, komandalar çempionata neçə faiz hazırdılar? 2025/2026 mövsümündə hədəfləri nədən ibarət olacaq?

"Report" bununla bağlı Premyer Liqada mübarizə aparan klubların baş məşqçiləri arasında sorğu aparıb.

Elmar Baxşıyev ("Araz-Naxçıvan"): "Əvvəlcədən gücləndirilməsini nəzərdə tutduğumuz mövqelər var idi ki, ora transferlər etdik. Demək olar, bəyəndiyimiz, komandada görmək istədiyimiz futbolçular bu gün bizimlədir. Tədricən tam uygunlasdiqdan sonra daha güclü olacağıq. Mövsümün əvvəlidir, toplanışdan sonra komanda tədricən artan xətt üzrə performans göstərəcək. Bunu faizlə demək istəməzdim. Yenə deyirəm, oyundan-oyuna inkisaf edəcəyik, artıracağıq, dediklərimizi meydanda daha yaxşı, az səhv etməklə tətbiq edəcəyik. Məqsəd isə avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün potensialımız var. Ancaq digər komandalar da güclənib. Çempionata yeni kollektivlər qoşulub. Onlar yarışa rəng qatacaqlar. Məncə, maraqlı çempionat izləyəcəyik".

Valdas Dambrauskas ("Sabah"): "Yeni mövsümdə daha çox işləməliyik. Öz üzərimizdə çalışıb, ötənmövsümkü problemlərin həlli yolunu tapmalıyıq. Transferlərimiz pis deyil. Yeni mövsümdə də avrokuboklara vəsiqə qazanmaq istəyirik. Məqsədimiz maksimum əlimizdən gələni edib, çempionatda hər matçdan qalib ayrılmaqdır".

Samir Abasov ("Neftçi"): "Komandada vəziyyət müsbətdir, yaxşı məşqlər etmişik. Hazırlığımız yüksək səviyyədə keçib. Düzdür, yoxlama oyunları başqa, çempionatın təzyiqi başqadır. Bunu anlayırıq. Düşünürəm ki, çempionata yaxşı başlayacağıq. "Neftçi"nin adına görə oynayacağıq. Bu həvəslə oynasaq, mövsümün sonunda istədiyimiz hədəfə çatacağıq. Komandada həddindən artıq dəyişikliklər etmişik. Demək olar ki, bütün komandanı dəyişdik. Bu da, əlbəttə ki, təsirsiz ötüşməyəcək. Ümid edirik ki, hər şey yaxşı olacaq. Kimsə uyğunlaşma dövrünü tez keçə bilər, kimdəsə gec alınar. Bu baxımdan risk zonasındayıq. Gətirdiyimiz futbolçular keyfiyyətli və səviyyəlidirlər. İnanıram ki, gücümüzə güc qatacaqlar".

Ayxan Abbasov ("Şamaxı"): "Büdcəmizə uyğun transferlər etmişik. İnanırıq ki, yeni transferlərimiz komandaya kömək edəcəklər. Çempionata neçə faiz hazır olduğumuzu konkret deyə bilmərəm. Amma oyundan-oyuna daha yaxşı formada olacağımıza inanıram. Bu mövsümdə də hədəfimiz Premyer Liqada yerimizi qorumaqdır".

Saşa İliç ("Sumqayıt"): "Demək olar ki, heyətin komplektləşdirilməsi ilə bağlı planlarımızı yerinə yetirdik. Amma bir və ya bir neçə yeni transfer ola bilər. Bununla bağlı iş davam edir. Çempionata nə qədər hazır olduğumuzu, təbii ki, faizlə ifadə etmək çox çətindir. Hazırlıqlara Sumqayıtda start verdik, daha sonra Qəbələdə çox yaxşı, məhsuldar təlim-məşq toplanışımız oldu və yenidən bazamızda davam edirik. Düşünürəm ki, komandam ilk turun "Kəpəz"lə oyununa qədər tam hazır olacaq. Kollektivin qarşısına qoyulan hədəf bacardıqca yüksək pillələrdə yer almaqdır. Biz də bunun üçün əlimizdən gələni edirik. Çalışırıq ki, bu şəhər, azarkeşlər və bu komanda ən yaxşı nəticələri görsünlər".

Adil Şükürov ("Kəpəz"): "Transfer çalışmalarımız hələ də davam edir. Yaxşı futbolçular cəlb etmək istəyirik ki, turnir cədvəlindəki mövqeyimiz də yaxşı olsun. Komandanın çempionata neçə faiz hazır olduğunu deyə bilməyəcəyəm. Çünki hələ də hazırlıq dövrü keçirik. Baxmayaraq ki, artıq mövsüm start götürür. Artıq son mərhələyə gəlmişik. Düşünürəm ki, komanda çümpionarda zamanla tam toparlanacaq. Turnir cədvəlində 6-8-ci pillələri tutmaq uğrunda mübarizə aparacağıq. Çünki bizim büdcəmiz hər kısə bəllidir. Bununla belə, özümüzə inam var".

Kaxaber Sxadadze ("Qəbələ"): "İstənilən komandanın hər zaman güclənməyə ehtiyacı var. Ona görə də hansısa məşqçinin transferlərdən 100 faiz razı qaldığını demək olmaz. Skaut qrupumuz transferlərlə bağlı həmişə axtarışdadır. Mövsümə hazırlığımızı faizlə hesablamaq doğru olmazdı. Belə deyə bilərəm ki, komandaya tez qoşulan futbolçular daha hazırlıqlıdrlar. Gec qoşulanlara isə bir qədər vaxt lazımdır. Hər oyunda var gücümüzlə mübarizə aparmalıyıq. Mümkün olduqca yuxarı pillələrdə möhkəmlənməliyik. Təbii ki, Premyer Liqada yerimizi qorumaq əsas məqsəddir".

Xorxe Kaskilya ("İmişli"): "Yay "transfer pəncərəsi"ndə büdcəmiz çərçivəsində həm legioner, həm də yerli futbolçulardan bəzilərini komandaya cəlb etmişik. Bəzi oyunçularla isə razılıq əldə etmək mümkün olmadı. Bununla belə, transfer istiqamətində işlər davam edir. Artıq beş həftədir birlikdə çalışırıq. Futbolçular məşqlərdə fəal iştirak edir və məşqçilər korpusunun yeni oyun ideyalarını mənimsəyirlər. Keçirdiyimiz yoldaşlıq görüşləri maraqlı alındı. Təbii ki, bəzi səhvlərimiz də oldu və bu müddətdə həmin nöqsanların aradan qaldırılması üçün çalışdıq. Əsas məqsədimiz çempionatı sabit və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır. Həmçinin Azərbaycan Kubokunda mümkün qədər irəliləmək niyyətindəyik”.

Azər Həşimov ("Karvan-Yevlax"): "İstədiyimiz bütün transferləri reallaşdıra bilməsək də, müəyyən yaxşı futbolçularla razılıq əldə etdik. Deyərdim ki, komanda çempionata 60-70 faiz hazırdır. Yevlaxın adına layiq mübarizə aparmaq istəyirik. Əsas hədəfimiz Premyer Liqadakı yerimizi qoruyub saxlamaq olacaq. Əzimkar, döyüşkən və ən əsası mövsümün sürpriz komandasını yaratmaq istəyirik. İnanıram ki, "Karvan-Yevlax" çempionata rəng qatacaq".

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Futbol
Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
Messi qol sayında Ronaldoya çatıb

Messi qol sayında Ronaldoya çatıb

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Futbol
Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Futbol
FIFA Mahir Emrelini cəzalandırıb

FIFA Mahir Emrelini cəzalandırıb

Futbol
Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib

Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

Futbol
Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb