"Ferentsvaroş"un baş məşqçisi: "Qarabağ"la oyunlar bizim üçün məyusedici ola bilər"

"Ferentsvaroş"un baş məşqçisi: "Qarabağ"la oyunlar bizim üçün məyusedici ola bilər"

"Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsi oyunları "Ferentsvaroş" üçün məyusedici ola bilər.

"Report" xəbər verir ki, bunu Macarıstan komandasının baş məşqçisi Robbi Kin "M4 Sport"a açıqlamasında deyib.

O, Bolqarıstanda təmsilçisi "Ludoqorets"ə evdə 3 cavabsız qolla qalib gəldikləri III təsnifat mərhələsinin cavab matçından sonra fikirlərini bölüşüb:

"Bu anlardan həzz almalısan. Çünki növbəti matç bizim üçün məyusedici ola bilər. Məncə, komanda bu sevincə layiqdir. Xüsusən də ikinci hissədəki oyuna görə. Lakin azarkeşləri də qeyd etməliyəm. Onların bizə enerji verdiyini hiss etdik".

45 yaşlı mütəxəssis Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmaları ehtimalı barədə də danışıb:

"Sadəcə, növbəti görüşə fokuslanmışam. Amma oyunçulara dedim ki, bu himni dəfələrlə dinləmək istəyirsinizsə, masaya nə qoymalı olduğunuzu bilməlisiniz. Bu səviyyədə təhlükənin nə olduğunu hər kəs çox yaxşı bilir. Mən Çempionlar Liqasında oynamışam. Bunun nə olduğunu bilirəm. Futbolçularımın da bunu hiss etmələrini istəyirəm".

Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

Futbol
Millinin baş məşqçisi Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib

Millinin baş məşqçisi Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

Futbol
"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Futbol
"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

Futbol
"Bavariya" Çempionlar Liqasında rekord qırıb

"Bavariya" Çempionlar Liqasında rekord qırıb