Serdal Adalı: "Sanço üçün əlimizdən gələni edəcəyik"
“Beşiktaş”ın prezidenti Serdal Adalı yerli mətbuata bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, “qara qartallar”ın rəhbəri Ceydon Sanço ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Əlbəttə, mən də sizin kimi Sançonun gəlməsini çox istəyirəm. Amma əsas məsələ futbolçunun Türkiyəyə gəlmək istəyib-istəməməsidir. Ceydonun transferi üçün əlimizdən gələni edəcəyik”.

https://qelebe.az//uploads/photo/serdal-adali-quotsancho-uchun-elimizden-geleni-edeceyikquot.webp