UFC: Fiziyev Oliveyra ilə döyüşəcək

UFC: Fiziyev Oliveyra ilə döyüşəcək

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev növbəti döyüşünün vaxtı bəlli olub.

QELEBE.AZ xəbər verir ki, UFC təmsilçimizin oktyabrın 11-də oktaqona çıxacağını açıqlayıb.

Fiziyevin rəqibi braziliyalı Çarles Oliveyra olacaq. Görüş Rio-de-Janeyroda keçiriləcək.

Qeyd edək ki, Rafael son döyüşündə iyunun 21-də Bakıdakı UFC gecəsində çilili İqnasio Bahamondesə qalib gəlib.