"Qarabağ"dan ayrıldı - YENİ KLUBU MÜƏYYƏNLƏŞDİ - FOTO
"Qarabağ"dan ayrılan Yassin Benzianın gələcəyinə aydınlıq gəlib.
QELEBE.AZ xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Fəyha"ya transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, əlcəzairli futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin iyuluna kimi “Qarabağ”da forma geyinib.

https://qelebe.az//uploads/photo/quotqarabagquotdan-ayrildi-yeni-klubu-mueyyenleshdi-foto.webp