"Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib
Yay fasiləsində "Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.
"QELEBE.AZ" xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib.

https://qelebe.az//uploads/photo/qarabagdan-ayrilan-yassin-benzianin-yeni-klubu-mueyyenleshib.webp











