Otuz illik karyerasını bitirən referi: "Azərbaycan güləş hakimliyinin gələcəyini çox yaxşı görürəm" - MÜSAHİBƏ

Otuz illik karyerasını bitirən referi: "Azərbaycan güləş hakimliyinin gələcəyini çox yaxşı görürəm" - MÜSAHİBƏ

Karyerasını başa vuran Azərbaycanın güləş hakimi Natiq Hacıyev "Report"a müsahibə verib. Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında sonuncu dəfə idarəçilik edən təcrübəli referi 30 illik karyerasından danışıb. O, hakimlik dövründə keçdiyi çətin yollardan və Azərbaycan güləşinin hazırkı durumundan bəhs edib.

- Güləşə gəlişiniz necə olub?

- Özüm güləşlə məşğul olmuşam. 1995-ci ildə isə artıq yarışlara idmançı hazırlaşdırırdım. Həmin vaxtlarda hakimləri görürdüm və onların işi çox xoşuma gəlirdi. Qərara gəldim ki, mən də ədalət qoruyucusu olum. Federasiya şərait yaratdıqdan sonra bu işə başladım. Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Qərib Əliyev bu işdə mənə çox kömək etdi. Həmin vaxtlar rayondan gəlmişdim, təcrübəm az idi. Amma o, mənə çox dayaq oldu.

- Güləşdən birdəfəlik getmək istəyirsiniz?

- Yox, hakimlikdən gedirəm. Amma doğma rayonum Göyçayda yeni-yeni uşaqlar yetişdirmək istəyirəm. Əvvəllər də bu işlə məşğul olmuşam. Yaxud ola bilsin, orada çalışan müəllimlərə mənəvi dəstəyimi göstərdim. Yəni güləşdə qalacağam.

- Arxada qalan illərdə hakimlik fəaliyyətinizi necə qiymətləndirərdiniz?

- Mən hakimlik edərkən çox çətinliklərlə üzləşmişəm. Azərbaycan Güləş Federasiyasının bir neçə dövr əvvəlki rəhbərliyi imkan yaratmırdı ki, imtahan verim, beynəlxalq yarışlara təyinat alım. Onlara dəfələrlə rus, ingilis dillərində bildiyimi söyləsəm də, sözlərimi ciddiyə almırdılar. Düşünürdülər ki, rayonda yaşamışam, onları aldadıram. Lakin sonradan vəziyyət dəyişdi. Bakıdan Dünya Güləş Birliyinə məktub göndərildi ki, bizdə yaşı çox olan hakim var və onu imtahanlara qəbul etməyinizi xahiş edirik. Qarşı tərəfdən müsbət rəy gəldi və ilk imtahandan uğurla keçdim. Müvafiq olaraq II və I kateqoriyalar üzrə imtahanları da uğurla adladım. Təəssüf ki, olimpiya kateqoriyası imtahanından keçə bilmədim.

- Azərbaycanlı güləş hakimlərinin səviyyəsi sizi qane edir?

- Bizim çox yaxşı hakimlərimiz var. Xüsusilə də fərqləndirə biləcəyimiz gənclər çoxdur. Əksəriyyəti də olimpiya kateqoriyasına malikdirlər. Onların hər biri öz üzərində işləyir. Deməyim odur ki, Azərbaycan güləş hakimliyinin gələcəyini çox yaxşı görürəm. Hətta bizim III kateqoriyalı hakimlərimiz Avropanın bəzi II dərəcəli referilərindən yaxşı idarəçilik edirlər. Bizim hakimlər qarşılaşma idarə edəndə dərhal hiss olunur və xüsusi rəğbət bəslənilir.

- Sizin üçün Azərbaycanın gəlmiş-keçmiş ən yaxşı üç güləşçisi kimdir?

- Fərid Mansurov, Hacı Əliyev və bir az da keçmişə nəzər salsaq, Məhyəddin Allahverdiyevin adını çəkə bilərəm.

- Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun adını çəkmədiniz...

- Məncə, Toğrul Allahın verdiyi istedad sayəsində olimpiya çempionu oldu. Sanki digərləri məşqlərdə əziyyət çəkərək güləşib çempionluqlar qazanıblar, Toğrul isə gözünü açandan xüsusi istedada malik olub. Təbii ki, Toğrul Əsgərov da mənim üçün çox dəyərli güləşçidir.

- 30 illik hakimlik karyeranızda unuda bilmədiyiniz qarşılaşmalar olub?

- Çox belə görüşlər idarə etmişəm. Bosniya və Herseqovinada dünya çempionatının final qarşılaşmasına təyinat almışam. Çox ağır görüş keçmişdi. Məsuliyyətli qarşılaşma idi. Və onu da bildirim ki, karyeramın son yarışı olan Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında da final qarşılaşmasını idarə etdim. Özbəkistan və Yaponiya təmsilçiləri üz-üzə gəlirdi. Çox uğurlu idarəçilik alındığını düşünürəm.

- Hakimlik karyeranızda sonradan peşman olduğunuz qərarlar vermisiniz?

- Hansı hakim desə ki, mən karyeramda səhvə yol verməmişəm, yalan danışar. Hər bir referinin işində səhv olur. Məndə də bir neçə dəfə belə anlar yaşanıb. Hansısa qərar qəbul etmişəm, idmançılardan biri qalib olub. Video vasitəsilə təkrara baxıb verdiyim qərardan utanmışam. Hər kəs insandır və səhv edə bilər.

- Azərbaycan çempionatını, yoxsa beynəlxalq yarışları idarə etmək çətindir?

- Daxili yarışlarda idarəçilik etmək daha çətindir. Çünki mənə görə Azərbaycan çempionatının final görüşünü idarə etmək dünya çempionatının həlledici qarşılaşmasında ədaləti qorumaqdan çətindir. Azərbaycan güləşinin səviyyəsini dünya arenasından da yüksəkdə hesab edirəm. İdmançılarımız dünya və Avropa arenalarına çıxanda çox hörmət edilir. Şəxsən özüm görmüşəm, idmançılarımızdan çəkinirlər, onları çox ciddiyə alırlar və belə də olmalıdır. Azərbaycan güləşçisinin rəqibi olimpiya çempionu olsa da, onun məşqçisinin gözündə daim narahatlıq hiss edilir. Hamı bilir ki, Azərbaycanda zəif güləşçi olmur.

Fərdi
Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Fərdi
İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Fərdi
Naxçıvandakı Şahmat Olimpiadasına qatılacaq Azərbaycan komandaları açıqlanıb

Naxçıvandakı Şahmat Olimpiadasına qatılacaq Azərbaycan komandaları açıqlanıb

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

Fərdi
“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar

“Birlikdə üzək” adlı üzgüçülük yarışının qalibləri mükafatlandırılıblar

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB