Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb

Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov paytaxt Bakı və regionlarda, o cümlədən xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb.

Bu barədə "Report"a AŞF-nin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda əsas məqsədin müxtəlif yaş kateqoriyasında yığma komandaların hazırlığıyla məşğul olacaq məşqçi heyətinin təsdiq olunması olub. Görüşdə onlayn formada iştirak edən region məşqçiləri mövcud durumda narahatlıq yaradan problemlərdən danışıb və müxtəlif təkliflər səsləndirib.

Azərbaycan Şahmat Federasiyasının Məşqçilər, Uşaq və Gənclər eləcə də Bəstəçilik Komissiyalarının nümayəndələri dərəcə üzrə turnirlərin təşkilindəki problemlər, regionlarda təcrübəli məşqçilərin azlığı eləcə də metodik vəsaitin çatışmazlığı barədə məlumat verib. Görüşdə xarici məşqçilərin təcrübəsindən yararlanmaq və yığmaya namizəd olan yeniyetmələrin daha yüksək səviyyədə hazırlıq keçməsi ilə bağlı təkliflər dinlənilib. Məşqçilər cari ildə ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu” layihəsinin uğurlu olduğunu qeyd edib.
İclas zamanı məşqçilərlə seminarların keçirilməsi, xaricdən tanınan mütəxəssislərin təcrübə mübadiləsi üçün Azərbaycana dəvəti, federasiyanın youtube kanalı üzərindən onlayn dərslərin təşkili, şahmatçılar və məşqçiləri əhatə edəcək məlumat bazasının yaradılması, məşqçilərin sertifikatlaşdırılması prosesinin sona çatdırılmasıyla bağlı fikir mübadiləsi aparılıb.

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə normativ bazanın müddəalarına yenidən baxılaraq müasir tələblərə çatdırılmasının vacib olduğu vurğulanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov məşqçilərlə görüşlərin ənənə halını alacağını bildirib. AŞF prezidenti səsləndirilən problemlərin həlliylə bağlı müvafiq tapşırıqlarını verib.

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Fərdi
Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

Fərdi
"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır

"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda baxışdadır