"Ayaks" İsrail millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Ayaks" İsrail millisinin futbolçusu ilə müqavilə imzalayıb

Niderland təmsilçilərindən "Ayaks" yeni transferini açıqlayıb. 

Apasport.az xəbər verir ki, "Salzburq"da çıxış edən Oskar Qlax Niderland klubuna keçib. 

İsrail millisinin futbolçusu ilə 5 illik müqavilə imzalanıb. Qlax 10 nömrə ilə çıxış edəcək.

21 yaşlı futbolçu başa çatan mövsümdə 101 oyun keçirib, 23 qol vurub və 29 məhsuldar ötürmə edib.