Çempionlar Liqası: "Qarabağ" - "Şelburn" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında ikinci hissə başlayıb.
"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında birinci hissə başa çatıb.
"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri fasiləyə üstün yollanıblar - 1:0.
Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.
"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.
Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı start götürüb.
"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
FOTO: Məhəmməd Ağayev

https://qelebe.az//uploads/photo/chempionlar-liqasi-qarabag-shelburn-oyununda-ikinci-hisse-bashlayib-yenilenib-3.webp











