"Fənərbaxça"-"Feyenoord" matçının hakimləri açıqlanıb
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Feyenoord" matçının hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İlk oyunu Qlenn Nyberq, cavab oyununu isə İştvan Kovaç idarə edəcək.
Qeyd edək ki, "sarı-lacivərtli"lər ilk oyununu avqustun 6-sı Bakı vaxtilə 23:00-da səfərdə keçirəcək.
Cavab oyunu isə 12 avqust saat 21:00-da İstanbulda baş tutacaq.

https://qelebe.az//uploads/photo/quotfenerbaxchaquot-quotfeyenoordquot-matchinin-hakimleri-achiqlanib.webp