Tahir Gözəl: "Qurban Qurbanovun "Qarabağ"ı hər görüşə məsuliyyətlə hazırladığını bilirəm"

Tahir Gözəl:  "Qurban Qurbanovun "Qarabağ"ı hər görüşə məsuliyyətlə hazırladığını bilirəm"

Baş məşqçisi Qurban Qurbanov "Qarabağ"ı hər görüşə məsuliyyətlə hazırlayır.

"QELEBE.AZ" xəbər verir ki, bunu Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, komandanın 2025/2026 mövsümündəki ilk ev oyunu barəsində danışıb:

“Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan “Qarabağ” ötən il olduğu kimi, mübarizəyə II təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada “Şelburn”la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur. Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir. Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə çox məsuliyyətlə hazırladığını bilirəm. Komandamızın qələbə əzminə inamım sonsuzdur. Komandamız cavab oyununa da ciddi hazırlaşır. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlərimiz önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağımızı istəyirəm. Azarkeşlərimizi bu qarşılaşmanı stadiondan izləməyə, komandamızı dəstəkləməyə çağırıram. Komandamız onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik. Hər mövsümdə olduğu kimi hədəflərimiz böyükdür. “Şelburn” hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komandamız cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək”.

T.Gözəl "Qarabağ"ın transferlərinə də toxunub:

Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram. Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”.

Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Futbol
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
"Vulverhempton" baş məşqçisini istefaya göndərib

"Vulverhempton" baş məşqçisini istefaya göndərib

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

Futbol
UEFA "Qəbələ" klubuna ödəniş edib

UEFA "Qəbələ" klubuna ödəniş edib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"