"Əl-Hilal" İsaka həftəlik 600 min funt verməyə hazırdır

"Əl-Hilal" İsaka həftəlik 600 min funt verməyə hazırdır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu "Nyukasl"ın forvardı Aleksander İsaka həftəlik 600 min funt sterlinq təklif edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Guardian" nəşri yazır.

Bundan əvvəl mətbuat yazırdı ki, 25 yaşlı hücumçu "Nyukasl"ın rəhbərliyinə karyerasını başqa klubda davam etdirmək variantlarını nəzərdən keçirmək istədiyini bildirib. "Liverpul" Huqo Ekitikenin transfer edilməsinə baxmayaraq, isveçli forvarda da maraq göstərir. İngiltərə mətbuatının iddialarına inansaq, futbolçunun özü də Mersisayd klubuna keçməyə hazırdır.

"Guardian" isə iddia edir ki, "Əl-Hilal" hücumçuya həftəlik 600 000 funt məbləğində müqavilə təklif edib. Üstəlik, bu məbləğdən vergi tutulmayacaq. Bununla yanaşı, əlavə sərfəli bonuslar da nəzərdə tutulur.

Tabloid əlavə edir ki, "Liverpul" Səudiyyə klubunun təklif etdiyi şərtlərə bənzərini təklif etmək iqtidarında deyil.

"Nyukasl"da futbolçu vergi ödənişləri və ən azı 47% təşkil edən sığorta haqları çıxıldıqdan sonra həftəyə 120 min funt sterlinq qazanır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 funt sterlinq 2.2937 manat təşkil edir.

Futbol
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

Futbol
Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Futbol
Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Futbol
“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

Futbol
Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"