Lukas Paketa bəraət qazanıb

Lukas Paketa bəraət qazanıb

İngiltərə Futbol Assosiasiyası (FA) mərc oyunları ilə bağlı qaydaları pozmaqda ittiham olunan ingilis "Vest Hem" klubunun braziliyalı yarımmüdafiəçisi Lukas Paketanı bəraət qazandıracaq.

"Report"un məlumatına görə, bu barədə "Times" qəzeti xəbər verir.

Mənbənin məlumatına görə, oyunçu müstəqil tənzimləyici komissiya tərəfindən bəraət qazanıb və qərar növbəti həftə elan edilməlidir.

FA-nın 1 milyon funt sterlinqə qədər ola biləcək məhkəmə xərclərini öz üzərinə götürəcəyi gözlənilir.

Bundan əvvəl FA-nın tövsiyəsinə əsasən, futbolçu təqsirli bilinsə idi onu ömürlük diskvalifikasiya gözləyirdi.

Paketa "Lester" (12 noyabr 2022-ci il), "Aston Villa" (12 mart 2023-cü il), "Lids" (21 may 2023-cü il) və "Bornmut" (12 avqust 2023-cü il) ilə matçlarda qəsdən sarı vərəqə almaqda şübhəli bilinirdi.

Futbolçunun 27 yaşı var. O, 2022-ci ildən London klubunda çıxış edir. Ötən mövsümdə müxtəlif turnirlərdə 36 oyun keçirib və 5 qol vurub. Braziliya millisində 55 oyun keçirən Paketa 11 qol vurub. Milli komandanın tərkibində o Amerika Kubokunu (2019) qazanıb, həmçinin turnirin gümüş mükafatçısı (2021) olub.

Futbol
İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

Futbol
“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

Futbol
Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

Futbol
Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Futbol
"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

Futbol
Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Futbol
"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

Futbol
İranlılar milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya məktub göndərib

İranlılar milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya məktub göndərib

Futbol
"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

Futbol
“Real”ın prezidenti əməliyyat olunub

“Real”ın prezidenti əməliyyat olunub