Mahmud Qurbanov: "Moldovada qələbə qazanan "Sabah" işin yarısını görüb"

Mahmud Qurbanov: "Moldovada qələbə qazanan "Sabah" işin yarısını görüb"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında “Petrokub”u (Moldova) səfərdə üstələyən (2:0) “Sabah” komandası cavab görüşü ərəfəsində işin yarısını görüb.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

Mütəxəssis “Sabah”ın işin yarısını gördüyünü düşünür:

“Bu matçla müqayisə etsək, məsələn, “Sele” ilə səfər oyununda “Sabah” daha yaxşı idi. Bu bəlkə rəqibin Moldova komandası olmasından irəli gəlir. Amma hər halda, qollar vurub, qələbə qazandılar. Fikrimcə, cavab oyunu üçün yaxşı nəticə əldə etdilər. Buna baxmayaraq, rəqib Moldova klubudur, rahatlaşmaq olmaz. Düşünürəm ki, işin yarısını görüblər”.

M.Qurbanov Bakı klubunun evdəki matçda diqtə etməli olduğunu bildirib:

“Sabah”da mübarizə, hərəkətlilik və istək görünürdü. “Petrokub”un qapıçısı da komandasını bir neçə dəfə qoldan xilas etdi. Amma digər tərəfdən, hər iki qolda qapıçının səhvi var idi. Hər şey nəticəyə bağlıdır. Azərbaycanda necə oynamalı olduqlarını, hər halda, komandanın baş məşqçisi daha yaxşı bilər. Yəqin ki, dünənki oyunlarını təhlil edəcəklər. Düşünürəm ki, “Sabah” evdə diqtə edən tərəf olmalıdır”.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.

Futbol
Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib olub

Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib olub

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Bundan əvvəlki komandamdan qovulmamışam"

"Neftçi"nin baş məşqçisi: "Bundan əvvəlki komandamdan qovulmamışam"

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
Klublar Komitəsinin növbəti iclası keçirilib

Klublar Komitəsinin növbəti iclası keçirilib

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

Futbol
"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Futbol
Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Futbol
Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Futbol
"Qarabağ"ın prezidenti vacib oyun öncəsi Qurban Qurbanovla görüşüb

"Qarabağ"ın prezidenti vacib oyun öncəsi Qurban Qurbanovla görüşüb

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"