Avarçəkənlərimiz Portuqaliyaya yola düşüb

Avarçəkənlərimiz Portuqaliyaya yola düşüb

Azərbaycanın kayak və kanoe üzrə milli komandası dünya çempionatında iştirak etmək üçün Portuqaliyaya yola düşüb.

QELEBE.AZ xəbər verir ki, 23–27 iyul tarixlərində Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşadək idmançılar arasında kayak və kanoe üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycanı bu yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.

Kanoe növündə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq. Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə çempionatın mükafatçıları sırasına düşməyə çalışacaqlar.