İdmançımız Avropa çempionatında tarixi nailiyyətə imza atıb
Azərbaycan bilyardçısı Seymur Məmmədov Avropa çempionatında tarixi nailiyyətə imza atıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Həm də ABF-nin prezidenti olan Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilən yarışda ikinci yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında 16 ölkədən 115 bilyardçı mübarizə aparıb.

https://qelebe.az//uploads/photo/idmanchimiz-avropa-chempionatinda-tarixi-nailiyyete-imza-atib.webp