"Kəpəz"in baş məşqçisi: "Klubdakı çatışmazlıqları aradan qaldırmağa çalışacağıq"

"Kəpəz"in baş məşqçisi: "Klubdakı çatışmazlıqları aradan qaldırmağa çalışacağıq"

"Kəpəz"in məşqçilər heyəti çatışmazlıqları aradan qaldırmağa çalışırlar.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyunu barədə danışarkən deyib.

O, yeni mövsümə hazırlıqları davam etdirdiklərini bildirib:

"Toplanış çərçivəsində plana uyğun olaraq "Qəbələ" ilə yoxlama oyununda qarşılaşdıq. Bu, ilk matçımız idi. Keçdiyimiz məşqlərin müqabilində futbolçuları yoxladıq. İlk yarıda bərabər səviyyəli oyun oldu. Fasilədən sonra yerli gəncləri sınamaq istədik. Ona görə meydanda onlara şans verdik. Oyunda yaxşı məqamlar oldu ki, bizi ümüdləndirdi. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. İnkişaf etməyə davam edəcəyik. Təbii ki, seleksiya işlərimizi də unutmuruq. Komanda hələ komplektləşməyib. Yeni oyunçular heyətə qoşulacaq. Qarşıda növbəti yoxlama oyunları var. Qəbələyə dəstəyə görə gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik".

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan yoxlama matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Laurentsiu Regekampf: "Bütün komandalar bizə qarşı motivasiyalı oynayır"

Laurentsiu Regekampf: "Bütün komandalar bizə qarşı motivasiyalı oynayır"

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

Futbol
İran millisinin baş məşqçisi istefa verib

İran millisinin baş məşqçisi istefa verib

Futbol
“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbol
"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib

"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib

Futbol
Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Futbol
Argentina ilə oyun öncəsi Səudiyyə Ərəbistanında iş dayandırılıb

Argentina ilə oyun öncəsi Səudiyyə Ərəbistanında iş dayandırılıb