"Şamaxı" "Karvan"la üz-üzə - YENİLƏNİR
Yeni mövsüm üçün hazırlıqlarını "Qəbələ"də davam etdirən "Şamaxı" bu gün ikinci yoxlama matçına çıxacaq.
Apasport.az xəbər verir ki, komanda "Karvan"la üz-üzə gələcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Qeyd edək ki, "Şamaxı" ilk yoxlama oyununda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olmuşdu.

https://qelebe.az//uploads/photo/quotshamaxiquot-quotkarvanquotla-uz-uze-yenilenir.webp