"Beşiktaş"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli olub

"Beşiktaş"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli olub

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Beşiktaş"ın rəqibi Arda Turanın komandası "Şaxtyor" olub. 

Apasport.az xəbər verir ki, "Şaxtyor Donetsk" I təsnifat mərhələsinin cavab oyununda səfərdə Finlandiya təmsilçisi "İlves"lə üz-üzə gəlib. 

“Şaxtyor Donetsk” ilk oyunda 6:0 hesabı ilə qalib gəlib və cavab oyununda 0:0 hesablı heç-heçədən sonra ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

İkinci təsnifat mərhələsinin “Beşiktaş” – “Şaxtyor” oyunları iyulun 24-ü və 31-də keçiriləcək.