"Qarabağ" - "Şelburn" matçının vaxtı bəlli olub
"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki "Şelburn"a (İrlandiya) qarşı görüşünün vaxtı dəqiqləşib.
QELEBE.AZ xəbər verir ki, ilk oyun iyulun 23-də İrlandiyada baş tutacaq və görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ın "Şelburn"a qarşı keçirəcəyi cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/quotqarabagquot-quotshelburnquot-matchinin-vaxti-belli-olub.webp