Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il Azərbaycanın kikboksinq milliləri 2022-ci ildə keçirilmiş beynəlxalq yarışlardan 101 medalla qayıdıblar.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunlar əyar baxımından 27 qızıl, 25 gümüş və 49 bürünc medaldır.

Federasiyanın ilk sınaq xarakterli yarışı 13-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında keçirilmiş VII Türk Açıq Dünya Kuboku olub. Pandemiyadan sonra ilk beynəlxalq yarışda iştirak edən kikboksçularımız qardaş ölkədən 49 medalla qayıdıb. Bu medalların 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan Dünya Kubokunu 5-ci sırada bitirib.

Daha sonra kikboksçularımızilk dəfə Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarına qatılıb. 16-18 avqust tarixlərində baş tutmuş kikboksinq yarışlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan İslamiadanı 15 medalla tamamlayıb. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc medal olub. Yekun sıralamada milli kikboksinq yarışlarında ilk “3-lüy”ə düşüb. Komandamız yalnız meydan sahibi Türkiyə və Qazaxıstandan geri qalıb.

Oktyabrın əvvəllərində uşaq, yeniyetmə və gənclər arasında İtaliyanın Yezolo şəhərində keçirilmiş dünya çempionatında isə tarixi nəticəyə imza atılıb. Hikmət Hacıyevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk dəfə 20 medal (7 qızıl, 6 gümüş, 7 bürünc) qazanıb.

Azərbaycan kikboksçularının WAKO təqvimində yer alan, iştirak etdiyi son yarış da qardaş ölkədə baş tutub. Noyabrda Türkiyənin Antalya şəhərində keçirilmiş böyüklər və veteranlar arasında Avropa çempionatında da kikboksinq millisi uğurlu çıxışla yadda qalıb. Belə ki, Elşən Abdulrəhimovun baş məşqçisi olduöu yığma komanda qitənin mötəbər turnirini 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medal olub.

Bundan başqa, post-pandemiya dövründə qurum 3 daxili yarış keçirib. Bunlar böyüklər arasında XXVI Azərbaycan çempionatı (20-22 may), gənclər və yeniyetmələr arasında XXVI Azərbaycan birinciliyi (1-3 iyul) və Respublika Kuboku (6-9 dekabr) yarışlarıdır.

Fərdi
Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Fərdi
Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Fərdi
MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Fərdi
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib