"Qarabağ" beynəlxalq turnirə uğurlu start verib
"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə başlayıb.
QELEBE.AZ xəbər verir ki, İsveçdə təşkil olunan yarışın I turunun matçına çıxan komanda yerli “Myallbu" komandası ilə üz-üzə gəlib.
Oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.

https://qelebe.az//uploads/photo/quotqarabagquot-beynelxalq-turnire-ugurlu-start-verib.webp