Şesni "Barselona" ilə müqaviləsini uzadıb
Polşalı qapıçı Voyçex Şesni "Barselona" ilə müqaviləsini uzadıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə “mavi qranatlar”ın mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər hesablanıb.
Xatırladaq ki, Şesni ötən ilin oktyabrında “Barselona”nın heyətinə qoşulub. O, ciddi zədə alan Mark-Andre ter Ştegeni əvəzləmək üçün karyerasını bərpa edib.

https://qelebe.az//uploads/photo/shesni-quotbarselonaquot-ile-muqavilesini-uzadib.webp