Maksim Medvedev "Qarabağ-2" komandasının heyətini formalaşdırmaq üçün seleksiya işlərinə başlayıb

Maksim Medvedev "Qarabağ-2" komandasının heyətini formalaşdırmaq üçün seleksiya işlərinə başlayıb

“Qarabağ”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunan Maksim Medvedev heyəti formalaşdırmaq üçün seleksiya işlərinə başlayıb.

35 yaşlı mütəxəssis bu barədə “QELEBE.AZ”a açıqlama verib.

O, "Qarabağ-2" komandasını sıfırdan formalaşdırdıqlarını söyləyib:

“Hazırda komanda formalaşdırmağa çalışırıq. Ancaq bir çox futbolçularla müqavilə müddəti bitib. Bəzilərinin də müqaviləsinə xitam verilmişdi. Futbolçuların bir hissəsi I və II Liqa klublarına yollanmaq məcburiyyətində qaldılar. İndi demək olar komandanı sıfırdan yığıram. Artıq seleksiya xarakterli məşqlərə başlamışıq. Gənc, potensialı olan futbolçuları toplamağa çalışırıq. Təbii ki, əvəzedicilərdə Premyer Liqaya nisbətən qazanc az olduğu üçün komanda formalaşdırmaq bir qədər çətindir. Fikirləşirəm ki, bu tək bizə deyil, digərlərinə də aiddir”.

O, qarşısına qoyulan hədəflərdən danışıb:

“Rəhbərliklə qarşıdakı hədəflər barədə hələ ki, söhbətimiz olmayıb. Çünki hazırda qarşıya məqsəd qoymaq çətindir. Biz hələ komandada neçə nəfər olacağını, hansı oyunçuların yer alacağını bilmirik. İlk növbədə komandanın kökünü formalaşdırmalıyıq. Yenə də onu deyə bilərəm ki, əvəzedicilərdə əsas məqsəd birinci komanda üçün futbolçu yetişdirməkdir. Bəlkə də rəhbərlik nəticənin önəmli olmadığını bildirəcək. İstəyirik ki, əvəzedicilərdə əsas komandaya namizəd 4-5 potensiallı uşaq yer alsın. Bu bir məqsəddir. Proseslə bağlı fərqli fikirlər ola bilər”.

“Qarabağ”ın sabiq müdafiəçisi heyətə kənardan futbolçular cəlb edəcəklərini bildirib:

“Çox güman, kənardan da futbolçu cəlb edəcəyik. Çünki əvvəl əvəzedicilərdə oynayan yetirmələrimizin bir çoxu artıq komandanı tərk ediblər və başqa klublarla müqavilə bağlayıblar. Bu şəkildə ən azı 4-5 nəfər itirmişik. Yenə də seleksiya aparacağıq. Ehtiyac duyulan mövqelərə futbolçu cəlb edəcəyik”.

M.Medvedev məşqçilər korpusuna əlavə mütəxəssislər dəvət etmək istədiklərini deyib:

“Hələ ki, iki köməkçim var. Ancaq əlavə mütəxəssis cəlb etmək fikrindəyik. Sabit, gələcəyin komandasını yaratmağa ehtiyac varsa, köməkçilərin sayı çox olmalıdır. Komandada təhlil aparan məşqçilər, həkimlər, masajçı yer almalıdır”.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçudur.

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol
Messi Ronaldunun rekordunu qırıb

Messi Ronaldunun rekordunu qırıb

Futbol
Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Futbol
Azərbaycanın 2023-cü il üçün FIFA referilərinin sayı bəlli olub

Azərbaycanın 2023-cü il üçün FIFA referilərinin sayı bəlli olub

Futbol
“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın avrokubok oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Polşalı baş məşqçi və köməkçisi "Qarabağ"da təcrübə keçir

Futbol
DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

Futbol
İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Futbol
Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub