Azərbaycanlı hakim DÜNYA ÇEMPİONATINDA
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
O, iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək qızlar arasında mundialın oyunlarını idarə edəcək.
24 ölkənin yığma komandasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.

https://qelebe.az//uploads/photo/azerbaycanli-hakim-dunya-chempionatinda.webp