Azərbaycanın Avropa çempionu: Finalda rusiyalı rəqibimə qalib gəldim     

Azərbaycanın Avropa çempionu: Finalda rusiyalı rəqibimə qalib gəldim     

Finalda rusiyalı rəqibimə qalib gəlib Avropa çempionu oldum.

“Report” xəbər verir ki, bunu İtaliyada keçirilən yunan-Roma güləşi üzrə U15 Avropa çempionatının qalibi Ömər Salmanov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, çempionat gərgin keçib:

“Yarış çox gərgin idi, amma biz çempionata yaxşı hazırlaşmışdıq. Üç təlim-məşq toplantısı keçdik. Şükür Allaha ki, çempion oldum”.

Ö.Salmanov qələbəsini məşqçilərinə və atasına həsr edib: “İlk rəqibim türkiyəli idmançı idi, 8:0 qalib gəlib ¼ finala yüksəldim. Sonra latviyalı rəqibimə qalib gəlib yarımfinala yüksəldim. Yarımfinalda isə Belarus təmsilçisinə 10:1 hesabı ilə qalib gəlib, finala çıxdım. Finaldakı rəqibim rusiyalı güləşçi idi. Ona da 7:5 qalib gəlib Avropa çempionu oldum.

Xatırladaq ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan yığması 131 xalla birinci yeri tutub. Ermənistan (125 xal) ikinci, Gürcüstan (99 xal) isə üçüncü olub. Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıblar. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.

Komanda 3-cü dəfə Avropa çempionu olub. Yunan-Roma güləşi millisi 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək