KDÇ: Braziliya klubu 1/4 finalda
Klublararası Dünya Çempionatının 1/8 final mərhələsinə start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk matçda Braziliyanın “Palmeyras” və “Botafoqo” komandaları üz-üzə gəlib.
Əsas vaxtı bərabərliklə başa çatan (0:0) görüşdə qalib əlavə vaxtda məlum olub.
Oyuna artırılmış dəqiqələrdə hesabı açan “Palmeyras” minimal hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

https://qelebe.az//uploads/photo/kdch-braziliya-klubu-14-finalda.webp