Hacı Əliyev sərbəst güləş üzrə koordinator təyin edilməsinə münasibətini bildirib

Hacı Əliyev sərbəst güləş üzrə koordinator təyin edilməsinə münasibətini bildirib

Hacı Əliyev Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə koordinator təyin edilməsinə münasibətini bildirib.

İkiqat olimpiya, üçqat dünya və dördqat Avropa çempionu bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, AGF rəhbərliyinə təşəkkür edib:

"İlk növbədə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə mənə göstərdikləri yüksək etimada görə təşəkkürümü bildirirəm. İdmançı kimi qazandığım uğurlarla güləşimizə necə xidmət etmişəmsə, bu məsuliyyətli vəzifədə də əlimdən gələn dəstəyi göstərməyə çalışacağam".

H.Əliyev görəcəyi işlərdən danışıb:

"Sərbəst güləş üzrə koordinator vəzifəsində görəcəyim işlər bu növdə seleksiya aparmaq, son illərdə Bakıda və bölgələrdə federasiyanın dəstəyi ilə açılmış sərbəst güləş bölmələrinin fəaliyyətini koordinasiya etmək olacaq. Həmçinin yeniyetmə və gənclərin çəkisalma məsələlərinin tənzimlənməsi prosesinə, yeniyetmə və gənclər üzrə milli komandalarda beynəlxalq yarışlara seçim qaydalarının düzgün tətbiqinə nəzarət edəcəyəm. Bununla yanaşı, böyüklərin təlim-məşq toplanışı zamanı dəstək, eləcə də yeniyetmə və gənclər arasında nüfuzlu yarışların medalçılarının yuxarı yaş qruplarına keçidi zamanı itkilərin qarşısının alınması üçün aparılan fəaliyyətdə iştirak edəcəyəm".

Fərdi
Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Azərbaycan güləşçisi erməni güləşçiyə qalib gələrək dünya 3-cüsü olub

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Fərdi
Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Fərdi
Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

Fərdi
Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq