“Neftçi” yeni mövsümün hazırlıqlarına start verib
“Neftçi” bu gün yeni mövsümün hazırlığına start verib.
QELEBE.AZ xəbər verir ki, komandanın üzvləri təlim-məşq toplanışının ilk gününü “Neftçi” Futbol Mərkəzində bir məşqlə başa vurublar.
Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq “ağ-qaralar” orada 4 yoxlama görüşü keçirəcək.

https://qelebe.az//uploads/photo/neftchi-yeni-movsumun-hazirliqlarina-start-verib.webp