Türkiyə Sloveniyaya məğlub oldu
Bu gün voleybol üzrə Millətlər Liqasının V turuna start verilib.
QELEBE.AZ xəbər verir ki, turnirdə keçirdiyi 4 oyunda cəmi bir qələbə qazanan Türkiyə millisi evdə Sloveniya ilə qarşılaşıb.
Görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə xallarının sayını 11-ə çatdıran Sloveniya turnir cədvəlində ikinci pilləyə yüksəlib. Türkiyə isə bu məğlubiyyətdən sonra 3 xalla 17-ci yerə geriləyib.

https://qelebe.az//uploads/photo/turkiye-sloveniyaya-meglub-oldu.webp